Oğuzda körpələr evi-uşaq bağçası yandı - Fotolar

oguzda-korpeler-evi-usaq-bagcasi-yandi
Oxunma sayı: 1981

Oğuz şəhər 3 saylı körpələr evi-uşaq bağçasında yanğın baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, güclü yanğın nəticəsində uşaq bağçasının dam örtüyü və içərisindəki əşyalar qismən yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğınsondürmə işləri davam edir.

Faktla bağlı araşdırma aparılır.