Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama

oktay-saraldan-postunu-terk-etmesi-barede
Oxunma sayı: 1895

Oktay Saral Türkiyə Prezidentinin baş müşaviri vəzifəsindən ayrılması barədə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib. 

Onun sözlərinə görə, bu gün 2016-cı ildən bəri icra etdiyi postu tərk etməsi ilə bağlı istefa ərizəsini təqdim edib. 

Xatırladaq ki, dünən Türkiyə mediasında Oktay Saralın vəzifəsindən uzaqlaşdırılması barədə xəbərlər yayılıb. Daha sonradan türkiyəli jurnalist Talat Atilla O.Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib.