“Belə oyunlarda rəqib nə qədər imkan verirsə, o zonalardan istifadə etməyə çalışacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda “Liverpul”la keçiriləcək qarşılaşmadan öncə baş tutan mətbuat konfransı zamanı söyləyib:
“Rəqibə baxıb analiz etmişik. Onlar il ərzində bu səviyyədə 50-60 oyun oynayırlar. Bu cür oyunlarda inanmıram ki, hansısa boşluq versinlər. Maksimum çalışırıq ki, hazırlaşdığımız kimi hücumlar edək. Çox vacibdir ki, topla daha intizamlı davranaq”.
Son xəbərlər
Son Xəbərlər