“Qrupun son oyununa çıxırıq. Çox möhtəşəm stadionda və möhtəşəm azarkeşləri olan, güclü və özünəməxsus oyun üslubuna malik komandaya qarşı oynayacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Liverpul şəhərində “Enfild” stadionunda keçirilən mətbuat konfransında deyib.
“Liverpul”un heyətində olan futbolçular hər zaman çox istəkli oynayıblar. Biz belə bir komandaya qarşı mübarizə aparacağıq. İstəyirik ki, burada yaxşı oyun göstərək. Futbolçularıma inanıram və əminəm ki, onlar sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar”, - deyə o əlavə edib.
Son xəbərlər
Son Xəbərlər