Orbanın işdən çıxardığı hakim prezident oldu

orbanin-isden-cixardigi-hakim-prezident-oldu
Oxunma sayı: 735

Macarıstan parlamenti Andraş Bakanı ölkənin yeni prezidenti seçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, gizli səsvermə zamanı Ali Məhkəmənin sabiq sədrinin namizədliyini 140 deputat dəstəkləyib, 6 nəfər əleyhinə səs verib, 53 deputat isə səsvermədə iştirak etməyib. Seçilmək üçün 199 parlamentaridən üçdə iki səs tələb olunurdu. Yeni prezident avqustun 19-da səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, Andraş Baka 2009-2011-ci illərdə Macarıstan Ali Məhkəməsinə rəhbərlik edib. O, sabiq Baş nazir Viktor Orbanın təşəbbüsü ilə həyata keçirilən məhkəmə islahatları nəticəsində vəzifəsindən kənarlaşdırılmışdı. Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarı qanunsuz hesab etmişdi.