Ordubadda ayı sakinlərə hücum etdi - Video+Yenilənib

ordubadda-ayi-sakinlere-hucum-etdi
Oxunma sayı: 2607

Ordubadda ayı kəndlilərə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Hadisənin rayonun Bist kəndi ərazisində baş verdiyi bildirilir.

Həmin görüntüləri təqdim edirik:

***

Naxçıvan Ekologiya Naziryilindən sorğumuza cavab olaraq bildirilib ki, Ordubad rayonunun Bist kəndi yaxınlığındakı ərazidə səhər saatlarında ayı müşahidə olunub.

“Ayının Ələhi meşəsindən gəlməsi ehtimal olunur. Hadisə ilə əlaqədar Zəngəzur Milli Parkının mühafizə yegerləri tərəfindən operativ tədbirlər görülərək ayının ərazidən uzaqlaşdırılması təmin edilib. Vətəndaşlara tövsiyə olunur ki, vəhşi heyvanlarla qarşılaşmamaq üçün meşə və yaşıllıq massivlərinə, yaşayış məntəqələrindən kənarda yerləşən dağlıq yerlərə xüsusilə də gecə saatlarında piyada və ya minik heyvanları ilə getməsinlər, yaşayış məntəqələrində və ya yaxınlığında vəhşi heyvan müşahidə olunan zaman ehtiyatlı davransınlar və *168 xəttinə dərhal məlumat versinlər, vəhşi heyvana yaxınlaşmasınlar, onu qıcıqlandıra biləcək hərəkətlərdən çəkinsinlər. Təsərrüfat sahələrində müvafiq təhlükəsizlik tədbirləri görsünlər”.