Orxan Məmmədov Heydər Əliyevin abidəsini ziyarət etdi - Fotolar

orxan-memmedov-heyder-eliyevin-abidesini-ziyaret-etdi
Oxunma sayı: 2122

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini böyük ehtiramla yad edib.

“Qafqazinfo” xəbər verir ki, RİH başçısı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirib.

Orxan Məmmədov bildirib ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi, həmçinin dahi rəhbərin ideyaları bundan sonra da Azərbaycanın davamlı uğurlarının əsası olacaq.

Həmçinin vurğulanıb ki, rayona gələn yerli və xarici turistlərin Heydər Əliyev Mərkəzini ziyarət etməsi Ulu Öndərin zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti olduğunun sübutudur.