“Oskar” qaliblərinin adları açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, 96-cı mükafatlandırma mərasimində 23 nominasiya üzrə qaliblər müəyyən edilib.
Əsas nominasiyalarda mükafat alanların siyahısını təqdim edirik:
Ən yaxşı film - “Oppenhaymer”;
Ən yaxşı aktrisa - Emma Stoun (“Kasıblar və bədbəxtlər”);
Ən yaxşı aktyor - Killian Mörfi (“Oppenhaymer”);
Ən yaxşı mahnı - Mən nə üçün yaradılmışam? (“Barbie”);
Ən yaxşı musiqi - (“Oppenhaymer”);
Ən yaxşı ikinci plan aktyoru - Robert Dauni (“Oppenhaymer”);
Ən yaxşı xarici film - “Maraq zonası”;
Ən yaxşı orijinal ssenari - “Düşmə Anatomiyası” (Anatomie d'une chute);
Ən yaxşı animasiya filmi - “Oğlan və quş” (Kimitachi wa Dou Ikiru ka).
Ən yaxşı sənədli film - “Mariupolda 20 gün”;
Ən yaxşı vizual effektlər - “Godzilla: Mənfi Bir”;
Ən yaxşı montaj" - Cennifer Leym (“Oppenhaymer”);
Ən yaxşı makiyaj və saç düzümü” - (“Kasıblar və bədbəxtlər”);
Ən yaxşı kostyumlar - Holli Uoddinqton (“Kasıblar və bədbəxtlər”).