Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq

ozan-akbaba-bu-serialda-azerbaycanli-is-adamini-oynayacaq
Oxunma sayı: 4245

Türkiyəli məşhur aktyor Ozan Akbaba “Ben Bu Cihana Sığmazam” serialında çəkiləcək.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor layihədə azərbaycanlı iş adamı olan “Qardaşov” rolunu canlandıracaq. “Qardaşov” Oktay Kaynarcanın serialda oynadığı əsas qəhraman obrazına (Əlcazairli türkə) köməyə gələcək.

Xatırladaq ki, Oktay Kaynarca ilə Ozan Akbaba bundan öncə “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialında “Hızır Çakırbəyli” və “İlyas Çakırbəyli” qardaşları rollarını canlandırıblar.