Bakının Nizami rayonunda intihara cəhdin qarşısı alınıb.
“Qafqazinfo” xəbər verir ki, narkotik aludəçisi olan Xaçmaz rayon sakini 1998-ci il təvəllüdlü R.A. kirayədə yaşadığı B.Çobanzadə küçəsindəki evdə (16 mərtəbəli binanın 15-ci mərtəbəsindən) pəncərəyə çıxaraq intihara cəhd göstərib.
Cəhdin qarşısı ərazidə olan polis əməkdaşları tərəfindən alınıb. 26 yaşlı qız qeydiyyatda olduğu reabilitasiya mərkəzinə təhvil verilib.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər