“Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub”

ozunumesgulluq-proqramina-110-minden-cox-sexs-celb-olunub
Oxunma sayı: 289

“Özünüməşğulluq proqramı üzrə iştirakçıların 65%-i aqrar sahənin payına düşür”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Cəlilabadda keçirilən Aqrar Biznes Festivalında deyib. 

O bildirib ki, aqrar sektorda məşğul əhalinin peşə bacarıqlarının inkişafı, işsiz və işaxtaran şəxslərin özünüməşğulluğun təşkili məşğulluq sahəsində həyata keçirilən tədbirlərin prioritet istiqamətlərindən birini təşkil edir. 

“Son beş il ərzində işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili proqramı üzrə iştirakçıların 65 faizi məhz aqrar sahənin payına düşüb. Həmçinin onu da qeyd etmək lazımdır ki, artıq özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub, həssas kateqoriyadan olan şəxslər üçün kiçik təsərrüfatların və mikro bizneslərin yaradılmasına dəstək verilib”, - nazir diqqətə çatdırıb.