Papa əməliyyatdan sonra ilk dəfə dindarlara müraciət etdi

papa-emeliyyatdan-sonra-ilk-defe-dindarlara-muraciet-etdi
Oxunma sayı: 1220

Roma Papası Fransisk keçirdiyi yoğun bağırsaq əməliyyatından sonra ilk dəfə xəstəxana eyvanından bazar duası oxuyub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 4-də əməliyyat olunan ruhani lider ənənəvi duanı xəstəxananın 10-cu mərtəbəsindəki eyvanından edib.

O, çıxışında bugünkü duanı edə bildiyi üçün məmnuniyyət duyduğunu, ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü dilə gətirib.

Papanı 200-dək insan dinləyib.