Paraqvaydan erkən qol - Video - Yenilənir

paraqvaydan-erken-qol
Oxunma sayı: 6368

Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə millisi də növbəti matçına çıxacaq.

İlk turda Avstraliyaya 0:2 hesabı ilə uduzan “ay ulduzlular” bu dəfə Paraqvayla qarşılaşacaq.

Matç sabah Bakı vaxtı ilə saat 07:00-da oynanılacaq.

***

Milli komandalar matça aşağıdakı start heyətlə çıxacaq:

Türkiyə: Uğurcan Çakır, Mert Müldür, Merih Demiral, Abdülkerim Bardakcı, Ferdi Kadıoğlu, İsmail Yüksek, Hakan Çalhanoğlu, Yunus Akgün, Arda Güler, Kenan Yıldız, Kerem Aktürkoğlu.

Paraqvay: Gill, Cacares, Gustavo Gomez, Alderete, Alonso, Diego Gomez, Cubas, Almiron, Galarza, Enciso, Pitta.

***

Matç başladı.

***

Galarza 2-ci dəqiqədə komandasını önə çıxarır.

***

Paraqvayın heyətindən Migel Almiron 45+3-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edir. Buna səbəb onun Mert Müldürlə danışarkən ağzını bağlaması olub. FIFA-nın yeni qaydalarına əsasən bu davranış qadağandır. Almiron bu zəmində qırmızı alan ilk futbolçu oldu.

***

İlk hissə bitdi.

***

İkinci hissə başladı.