Paraqvay milli komandasının baş məşqçisi Qustavo Alfaro təsirli açıqlaması ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, o, dünya çempionatının 1/8 final mərhələsində Fransaya 0:1 hesablı məğlubiyyətdən sonra komandasını antifutbol oynamaqda günahlandıranlara bu cür cavab verib:
“Bizim qarşımızda “Ballon d’Or” uğrunda mübarizə aparan futbolçular var idi. Dünya çempionatları tarixinin ən yaxşı bombardiri olmağa çalışan oyunçular çıxış edirdi. Bizim isə heç vaxt vaildeynlərini tanımayan, aclıq çəkmiş, əziyyət içində böyümüş uşaqlarımız mübarizə aparırdılar. İnqilab etməyə çalışdım. Bu uşaqlara göstərmək istədim ki, arzular gerçəyə çevrilə bilər.
Qapıçımız Orlando Hill bu gün sadəcə penalti qaytaran qapıçı deyil. Bir neçə il əvvəl qızının həyatını xilas etmək üçün əlində nə varsa, satmış atadır. Formasını, butslarını, xatirələrini, hər şeyini satdı... Bu gün isə bütün dünya onun ayaq üstə alqışlayır. Futbol bəzən belə ədaləti bərpa edir.
Bu uşaqlar mənim üçün qəhrəmandır. Onlar təkcə futbol oynamırlar, onlar bütün Paraqvayın ümidini daşıyırlar. Mən futbolçularımla fəxr edirəm”.
Son xəbərlər
Son Xəbərlər