Paraşütü təyyarənin quyruğuna ilişdi, belə xilas oldu - Video

parasutu-teyyarenin-quyruguna-ilisdi-bele-xilas-oldu
Oxunma sayı: 1823

Avstraliyanın şimal-şərqində yerləşən Kvinslenddə paraşüt tullanışı zamanı baş verən hadisə izləyənləri şoka salıb.

“Qafqazinfo” xəbər verir ki, bir paraşütçünün ehtiyat paraşütü tullanma zamanı təyyarənin quyruğuna ilişərək, ​​minlərlə metr hündürlükdə asılı qalıb.

Təmkinini qoruyan paraşütçü bıçaqla ipləri kəsərək özünü xilas edə bilib və yüngül xəsarətlərlə eniş edib.