“Parazit”in aktyoru intihar edib

parazitin-aktyoru-intihar-edib
Oxunma sayı: 2304

Cənubi Koreyanın tanınmış “Parazit” filmində varlı ailə başçısı rolunu canlandıran aktyor Li Son Qyunun cəsədi aşkar olunub. 

“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, aktyorun intihar etdiyi güman edilir. 

Belə ki, Qyunun cəsədi Seulun mərkəzi hissəsində parkda avtomobildə tapılıb. Aktyorun evində məktub aşkar olunsa da, məzmunu açıqlanmayıb. 

Agentliyin məlumatına görə, Qyun narkotikdən istifadədə şübhəli bilindiyindən barəsində istintaq aparılırdı. O, bir neçə dəfə polis tərəfindən dindirilib. 

Qeyd edək ki, “Parazit” 2020-ci ildə ilin ən yaxşı filmi adını qazanıb və bir neçə nominasiya üzrə “Oskar” mükafatına layiq görülüb.