Paşinyan Gürcüstandadır - Yenilənib

pasinyan-gurcustandadir
Oxunma sayı: 2693

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. 

Paşinyan səfəri çərçivəsində gürcü həmkarı İrakli Qaribaşvili ilə görüş keçirəcək, eləcə də Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyanın iclasında iştirak edəcək.

***

Paşinyanın Gürcüstana səfəri başlayıb.

Şota Rustaveli beynəlxalq hava limanında erməni nümayəndə heyətini Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb.