Pelosinin təyyarəsi Tayvana endi - Yenilənib+Video

pelosinin-teyyaresi-tayvana-endi
Oxunma sayı: 6495

Tayvan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini daşıdığı güman edilən ABŞ hökumətinin xüsusi reysini müşayiət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hindistanın “Republic World” telekanalı məlumat yayıb.

Xüsusi təyyarəni müşayiət etmək üçün Okinavadakı Amerika bazasından beş tanker təyyarəsinin müşayiəti ilə səkkiz F-15 qırıcısının qaldırıldığı da bildirilib.

“FlightRadar”ın məlumatına görə, Pelosinin təyyarəsi artıq Tayvanın hava hücumundan müdafiə sistemi məkanına daxil olub.

Tayvan səlahiyyətliləri ABŞ Nümayəndələr Palatasının sədrinin səfəri ilə əlaqədar Çinlə gərginliyin artması fonunda ölkənin böyük şəhərlərində bomba sığınacaqları hazırlamağa başlayıb. Hazırlıqlara raket zərbəsi zamanı insanların gizlənə biləcəyi sığınacaqların işarələnməsi daxildir.

***

Çin Hərbi Hava Qüvvələri Su-35 qırıcılarını Tayvan boğazı istiqamətinə göndərib.

***

Nensi Pelosinin təyyarəsi Tayvanın paytaxtı Taybeydə yerə enib. Onu hava limanında Tayvan rəsmiləri qarşılayıb. 

Xatırladaq ki, respublikaçı Nyut Qinqriç 1997-ci ildə Tayvana səfər edən Nümayəndələr Palatasının sonuncu sədri olub. Pelosi həmin ildən sonra Tayvana səfər edən ilk ABŞ rəsmisidir.