Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi

penitensiar-xidmet-ve-din-birge-emeliyyat-kecirdi
Oxunma sayı: 2872

Penitensiar Xidmət və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, birgə aparılan əməliyyat-axtarış tədbiri nəticəsində silah-sursat aşkar edilib.

Belə ki, Çobanov Nicat Qürbət oğluna məxsus bir ədəd AKS markalı avtomat silah və içərisində 10 ədəd 5,45 kalibrli güllə olan 1 ədəd avtomat sandıqcası Binəqədi rayonu Çiçək qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.