Pentaqon rəhbəri xəstəxanaya yerləşdirildikdən sonra işə qayıdıb

pentaqon-rehberi-xestexanaya-yerlesdirildikden-sonra-ise-qayidib
Oxunma sayı: 967

Fevralın 12-si reanimasiyaya yerləşdirilən ABŞ-nin müdafiə naziri Lloyd Ostin işə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Lloyd Ostin 13 fevral 2024-cü ildə Uolter Ridd xəstəxanasından buraxıldıqdan və vəzifəsini evdən yerinə yetirdikdən sonra bu gün Pentaqona işə qayıdıb", - məlumatda deyilir.

Qeyd edək ki, prostat vəzi xərçəngi diaqnozu qoyulmuş Lloyd Ostin sidik kisəsində yaranan təcili vəziyyətlə əlaqədar yenidən xəstəxanaya yerləşdirilmişdi. O, Uolter Rid adına Milli Tibb Mərkəzinə aparılmışdı. Pentaqonun rəhbəri xəstəxanada olarkən vəzifələrini onun müavini Ketlin Hiqqs icra edib.