Peruda 6,7 bal gücündə güclü zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Apurimak bölgəsində, Upahuaçonun təxminən 38 kilometr şimal-qərbində olub.
Zəlzələ ocağı 66,7 kilometr dərinlikdə yerləşib və maqnitudası 6,7 olaraq qeydə alınıb.
Peru Geofizika İnstitutu (IGP) isə zəlzələnin maqnitudasını 7,2 olaraq qiymətləndirib.
Yeraltı təkanlar Perunun cənub və mərkəzi bölgələrində hiss olunub. Zəlzələnin təsiri paytaxt Lima şəhərində də qeydə alınıb.
Zəlzələnin yaratdığı mümkün dağıntı və xəsarətlərlə bağlı ilkin məlumat açıqlanmayıb.
Son xəbərlər
Son Xəbərlər