PFL-dən yeni mövsümün startı ilə bağlı maraqlı - Videoçarx

pfl-den-yeni-movsumun-starti-ile-bagli-maraqli
Oxunma sayı: 395

Misli Premyer Liqasında 2026/2027-ci illər mövsümünün başlamasına sayılı günlər qala Peşəkar Futbol Liqası liqanın startı ilə bağlı xüsusi çarx təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, qurum yeni mövsümün həyəcanını və rəqabətini əks etdirən maraqlı videorolik hazırlayıb.

“Yeni mövsümə hazırıq!” şüarı ilə paylaşılan videoçarxda çempionatda mübarizə aparacaq klubların simvolik görüntüləri nümayiş olunub.

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 14-ü start veriləcək.