Prezident Elmar Qasımovu təltif etdi

prezident-elmar-qasimovu-teltif-etdi
Oxunma sayı: 4404

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, təltif edilənlər arasında Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov da var.

O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.