Prezident onu yenidən rektor təyin etdi

prezident-onu-yeniden-rektor-teyin-etdi
Oxunma sayı: 17466

Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edildiyi üçün E.İsayevlə bağlı yeni Sərəncam imzalanıb. Belə ki, 2019-cu ilin bu günü Naxçıvan Dövlət Universitetinə təyinat alan rektorun bu ay səlahiyyət müddəti başa çatırdı.