Prezident ordunu ayağa qaldırdı - Fövqəladə vəziyyət elan olundu

prezident-ordunu-ayaga-qaldirdi
Oxunma sayı: 400

Kolumbiyada baş verən dəhşətli zəlzələdən sonra ölkə miqyasında milli fəlakət vəziyyəti elan edilib.

“Qafqazinfo” “Caracol” televiziya kanalına istinadən xəbər verir ki, bu barədə qərar dövlət rəhbərliyi tərəfindən qəbul olunub.

Prezident Abelardo de la Espriella keçirilən təcili iclasda bütün aidiyyəti qurumlara və hərbi rəhbərliyə bütün resursların dərhal zərər çəkmiş ərazilərə yönəldilməsi barədə tapşırıq verib. Rəsmi fərmanın yaxın saatlarda imzalanacağı gözlənilir.

Kolumbiya lideri həmçinin xilasetmə işlərinə şəxsən rəhbərlik edəcəyini bəyan edib:

“Mən milli cavab tədbirlərinə şəxsən cavabdeh olacağam və fəlakətdən zərər çəkmiş bütün ərazilərdə olacağam”.

Qeyd edək ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 111-ə çatıb, 87 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Dağıntılar 5 departamenti əhatə edib, 1575 evin zədələndiyi, bunlardan 37-sinin isə yerlə-yeksan olduğu bildirilir. Həmçinin 6 hava limanının infrastrukturu zərər gördüyü üçün kommersiya uçuşları tamamilə dayandırılıb.

Xatırladaq ki, avqustun 10-u səhər saatlarında Çoko departamentində baş verən 7,4 maqnitudalı zəlzələ paytaxt Boqota, Pereyra və Manisales şəhərlərində də güclü hiss olunmuşdu.