Türkiyədə rəsmi səfərdə olan Nigeriya Prezidenti Bola Əhməd Tinubu Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Beştəpədəki Prezident Kompleksində rəsmi qarşılama mərasimi zamanı tarazlığını itirərək yerə yıxılıb.
“Qafqazinfo” xəbər verir ki, mərasim zamanı Tinubu türk əsgərlərini salamlayarkən, nazirlər heyətinin yerləşdiyi əraziyə yaxınlaşanda qəfildən büdrəyib.
Mühafizəçilər onun yıxılmasının qarşısını ala bilməyiblər.
Ərdoğan və nümayəndə heyəti dərhal Tinubuya dəstək olub, onu ayağa qaldırıblar. Nigeriya Prezidentinin sağlamlıq vəziyyətinin yaxşı olduğu və mərasimin qısa fasilədən sonra planlaşdırıldığı kimi davam etdiyi bildirilib.

Son xəbərlər
Son Xəbərlər