Prezident Sübahir Qurbanovu da əfv etdi

prezident-subahir-qurbanovu-da-efv-etdi
Oxunma sayı: 9474

Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı var.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, onlardan biri də Sübahir Qurbanovdur.

66 yaşlı S. Qurbanov MTN-nin Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi işləyib. 2015-ci ildə "MTN işi" ilə bağlı həbs edilərək məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.