PSJ Superkuboku da qazandı - Video-Yenilənib

psj-superkuboku-da-qazandi
Oxunma sayı: 4032

Bu axşam UEFA Superkuboku uğrunda matç keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasının qalibi PSJ Avropa Liqasının sahibi olmuş “Aston Villa” ilə üz-üzə gələcək.

Həlledici oyun Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da baş tutacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

***

Komandaların start heyətləri bəlli olub:

PSJ: 39 Matvey Safonov, 2 Əşrəf Hakimi, 5 Markinyos (k), 51 Uilyam Paço, 25 Nuno Mendeş, 33 Uorren Zair-Emeri, 17 Vitinya, 87 Joao Neveş, 11 Maqnes Akliuş, 14 Desire Doue, 7 Xviça Kvaratsxeliya

“Aston Villa”: 40 Marko Bizot, 2 Metti Keş, 3 Viktor Lindelöf, 14 Pau Torres, 22 İan Maatsen, 8 Bubakar Kamara, 35 Joao Qomes, 7 Con Makgin (k), 19 Corc Hemminqs, 10 Emiliano Buendia, 39 Brayan Madjo

***

Matç başladı.

***

20-ci dəqiqədə Xviça Kvaratsxeliya hesabı açır.

***

45-ci dəqiqədə Brayan Madjo hesabı bərabərləşdirir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

61-ci dəqiqədə Desire Due komandasını önə keçirir.

***

Matç PSJ-nin 2:1 hesablı qələbəsi ilə başa çatır. ÇL-in son qalibi olan parislilər UEFA Superkubokunu da muzeyinə aparmağı bacarır.