Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapana mükafat var

puskinin-hemerdeki-abidesi-yoxa-cixdi
Oxunma sayı: 863

Almaniyanın Hemer şəhərində yerləşən Sülh Parkından rus şairi Aleksandr Puşkinin bürünc heykəli oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, abidənin yoxa çıxdığını parkdan keçənlər aşkar edib.

Beton bünövrəyə üstündə quraşdılırmış heykəl təxminən 1,8 metr hündürlüyündə olub.

Şəhər rəhbərliyinin bildirdiyinə görə, onu yerindən çıxarmaq üçün ağır alətlərdən və uyğun nəqliyyat vasitəsindən istifadə olunub. Bu səbəbdən oğurluğun bir neçə nəfər tərəfindən həyata keçirildiyi güman edilir.

Abidə rusiyalı heykəltəraş Qriqori Pototski tərəfindən hazırlanmış və Hemerin qardaşlaşdığı Rusiyanın Şçolkovo şəhərinin hədiyyəsi kimi 1994-cü ildə ucaldılmışdı. O, Almaniya ilə Rusiya xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın rəmzi hesab olunurdu.

Hemer şəhər administrasiyası cinayətin açılmasına kömək edəcək məlumatı verən şəxslər üçün 1000 avroya qədər mükafat elan edib.