Putin 26 il sonra onunla yenidən görüşdü - Foto

putin-26-il-sonra-onunla-yeniden-gorusdu
Oxunma sayı: 1062

Rusiya Prezidenti Vladimir Putin Çinə rəsmi səfəri zamanı 26 il əvvəl görüşüb şəkil çəkdirdiyi çinli mühəndis Pen Pay ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüş zamanı çinli mühəndis Rusiya Prezidentinə çini qablar hədiyyə edib. Putin isə 26 il əvvəlki görüş zamanı çəkilmiş şəkli imzalayaraq ürək sözlərini yazıb.

Qeyd edək ki, V.Putin və Pen Pay 26 il əvvəl Rusiya liderinin Çinə səfəri zamanı görüşüblər. Belə ki, həmin vaxt 9 yaşında olan Pen Pay təsadüfən Pekindəki Beihai parkında Rusiya Prezidentini görüb və ona əl sallayıb. Bunu görən Putin uşaqla şəkil çəkdirib və onu alnından öpüb.

Daha sonra Pen Pay Putinlə həmin görüşün onun taleyini dəyişdiyini bildirib. Belə ki, bundan sonra o, Moskvada təhsil alıb və rus dilini öyrənib.