Putin IX çağırış Dövlət Dumasının ilk iclasında - Video

putin-ix-cagiris-dovlet-dumasinin-ilk-iclasinda
Oxunma sayı: 584

Moskvada IX çağırış Dövlət Dumasının ilk iclası keçirilib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin də iclasda iştirak edib. 

O, ötən həftə baş tutan parlament seçkilərində qalib gələn deputatları təbrik edib. 

Dövlət Dumasına sentyabrın 18-dən 20-nə qədər keçirilən seçkilərin nəticəsində ölkənin hakim “Vahid Rusiya” partiyasından deputatların sayı 324-dən 349-a çatıb. Dumanın spikeri isə yenidən Vyaçeslav Volodin seçilib. 

O, bugünkü iclasda çıxış edərək parlamentdə deputatların tərkibinin 41 faiz yeniləndiyini diqqətə çatdırıb.