Rusiya Prezidenti Vladimir Putin ölkənin Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətlə bağlı iclas keçirib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, iclas videokonfrans formatında baş tutub.
Rusiyanın Baş nazirinin müavini Denis Manturov iclas zamanı qeyd edib ki, təhlükəli sərhədyanı bölgələrdən 115 min nəfər təxliyə edilib.
Onun sözlərinə görə, Nazirlər Kabineti sərhədyanı regionlarda əmlakını itirən sakinlərə yardım üçün 858 milyon rubl həcmində vəsaitin ayrılması barədə qərar hazırlayıb.
Belqorod vilayətinin rəhbəri Vyaçeslav Qladkov bildirib ki, hazırda regionda vəziyyət çətin olaraq qalır və son həftə ərzində 19 nəfər yaralanıb.
Müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov isə vilayətin sərhədyanı rayonlarından 130 mindən çox sakinin getdiyini, təqribən 20 min nəfərin qaldığını vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər