Putin Xamenei ilə görüşdü - Foto+Yenilənib

putin-xamenei-ile-gorusdu
Oxunma sayı: 5941

Rusiya Prezidenti Vladimir Putin İrana səfər edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Putin Tehranda “Astana formatı”nda Türkiyə və İran Prezidentləri ilə bir araya gələcək.

Bununla yanaşı, Putin İran Prezidenti İbrahim Rəisi, İranın Ali rəhbəri Əli Xamenei, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli danışıqlar da aparacaq.

***

“Moskva və Tehran Suriya böhranının həllinə mühüm töhfə verir”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə bildirib.

İran Prezidenti Putinin Tehrana səfərinin iki ölkə və bütövlükdə region üçün dönüş nöqtəsi olacağına ümid edir.

***

Rusiya Prezidenti Vladimir Putin İranın Ali rəhbəri Əli Xamenei ilə görüşüb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli əlaqələr, regional məsələlər müzakirə edilib.