Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putini Cənubi Afrika Respublikasına (CAR) səfəri zamanı sui-qəsd təhlükəsi barədə xəbərdar edib.
“Qafqazinfo” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Lukaşenko özü jurnalistlərə bildirib.
Belarus lideri BRİKS sammitində iştirak etmək üçün CAR-a səfər etməyə hazırlaşan Putinlə söhbətinin detallarını açıqlayıb: “Ona dedim ki, sən doğrudan ora uçmaq istəyirsən? Ora getməyə dəyməz!”.
O, Putinlə söhbətin “dostcasına, qardaşcasına” keçdiyini bildirib.
“Həmin vaxt Lavrov getdi. Bəlkə də, mənim təzyiqim səbəbindən deyil. Amma mən ona öz fikrimi bildirdim. Ancaq bu, sadəcə kəndsayağı söhbət deyildi. Bizim kəşfiyyatımız, son vaxtlar yaxşı işləyir, bizi məlumatlandırdı. Qərbdə söhbətlər, şayiələr var idi ki, Rusiya Prezidentinə qarşı terror aktı hazırlanır”, - Lukaşenko deyib.
Xatırladaq ki, CAR-da BRİKS sammiti 2023-cü ilin avqustunda keçirilib. Putin həmin vaxt sammitə qatılmamağının səbəbi barədə danışarkən Rusiyada olmasının daha vacib olduğunu bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər