Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Amur vilayətində “Vostoçnıy” kosmodromunda görüşüblər.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, iki lider arasında həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar gözlənilir.
Kremlin rəsmi sözçüsü Dmitri Peskovun daha əvvəl verdiyi açıqlamaya görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Şimali Koreya lideri Putinin dəvəti ilə sentyabrın 12-si Rusiyaya səfər edib.
***
“Vostoçnıy” kosmodromunda Vladimir Putinlə Kim Çen In arasında keçirilən danışıqlar başa çatıb.
Liderlər arasında müzakirələr müxtəlif formatlarda 5 saatdan çox davam edib. Danışıqlar başa çatdıqdan sonra Rusiya Prezidenti həmkarının şərəfinə nahar təşkil edib. Bunun adrınca Kim Çen In kosmodromu tərk edib.


Son xəbərlər
Son Xəbərlər
.jpg)