Qadın millimiz təsnifat mərhələsinin yarımfinalında

qadin-millimiz-tesnifat-merhelesinin-yarimfinalinda
Oxunma sayı: 1677

Aprelin 13-də Honqkonqda 3x3 basketbol üzrə “Paris 2024” Olimpiadasına vəsiqə verən ilk təsnifat mərhələsinin növbəti qrup oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, 3x3 qadın millimiz “B” qrupunda ikinci oyununu Monqolustan seçməsinə qarşı keçirib və 13-12 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.

Qeyd edək ki, 3x3 qadın millimizin qrupda sonuncu oyunu bu gün saat 13:45-də Niderland seçməsinə qarşı olacaq. Oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.