Gəncədə ruhi əsəb xəstəliyindən əziyyət çəkən şəxs özünü və başqa bir nəfəri bıçaqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, şəhər sakini, 1970-ci il təvəllüdlü Elgün Sadıqov və 1969-cu il təvəllüdlü İnayət Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, ruhi əsəb xəstəliyindən əziyyət çəkən İ. Məmmədovun küçədə bir qadınla əlbəyaxa olduğunu görən E. Sadıqov onları ayırmaq istəyib. Bu zaman İ. Məmmədov əlindəki bıçaqla əvvəlcə E. Sadıqovu, sonra isə özünü bıçaqlayıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Elmar Əli