Misirin paytaxtı Qahirədə ticarət mərkəzində helium qaz balonunun partlaması nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Yeni Qahirə rayonunda yerləşən “Arabella Plaza” ticarət mərkəzinin birinci mərtəbəsindəki oyuncaq mağazasında baş verib.
İlkin məlumata görə, mağazada olan helium qaz balonunun partlaması nəticəsində yanğın başlayıb.
Partlayışdan sonra əraziyə xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub. Misir Daxili İşlər Nazirliyi partlayışın ardınca yaranan kiçik yanğının mülki müdafiə qüvvələri tərəfindən nəzarətə alındığını bildirib.
Misir Dövlət Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. Prokurorluq oyuncaq mağazasının sahibinin saxlanılaraq dindirilməsi barədə göstəriş verib.
İlkin araşdırmanın nəticələrinə əsasən, partlayışa helium qaz balonunun səbəb olduğu müəyyən edilib. Balonun hansı səbəbdən partladığını dəqiqləşdirmək üçün ekspert qrupu yaradılıb.
Son xəbərlər
Son Xəbərlər