“Qalatasaray” azarkeşləri Liverpul küçələrində atəşfəşanlıq etdi - Video

qalatasaray-azarkesleri-liverpul-kucelerinde-atesfesanliq-etdi
Oxunma sayı: 1080

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Liverpul”la qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubunun azarkeşləri İngiltərədə şou göstəriblər.

“Qafqazinfo” xəbər verir ki, axşamkı matça buraxılmayacaq istanbullu tərəfdarlar Liverpul küçələrində atəşfəşanlıq ediblər.

UEFA “Yuventus”la oyundan öncə Turində polislə qarşıdurma yaradan türkiyəli tərəfdarların səfər oyunlarına iştirakına qadağa qoyub. Fanatlar da bu gün komandalarına yalnız Liverpul küçələrində dəstək ola biliblər. 

Qeyd edək ki, ilk matçda “Qalatasaray” 1:0 hesablı qələbə qazanıb.