UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İstanbulda keçirilən “Qalatasaray” – “Yuventus” matçı gözlənildiyi kimi gərgin start götürüb.
“Qafqazinfo” xəbər verir ki, “Rams Park”da baş tutan qarşılaşmanın ilk dəqiqələrindən tərəflər hücum futboluna üstünlük veriblər.
Matçın 15-ci dəqiqəsində meydan sahiblərinin braziliyalı ulduzu Qabriel Sara dəqiq zərbə ilə “Yuventus”un qapısına yol taparaq hesabı açıb.
Lakin “sarı-qırmızılılar”ın qol sevinci çox çəkməyib. Cəmi bir dəqiqə sonra – 16-cı dəqiqədə turinlilərin hollandiyalı yarımmüdafiəçisi Teun Kopmayners tarazlığı bərpa edib – 1:1.
***
32-ci dəqiqədə Kopmayners dubla imza atıb.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Noa Lanq 49-cu dəqiqədə hesabı bərabərləşdirdi.
***
60-cı dəqiqədə Davinson Sançez komandasını önə çıxarıb.
***
“Yuventus”un heyətində Xuan Kabal 8 dəqiqə ərzində iki dəfə sarı vərəqə ilə cəzalanaraq meydandan qovuldu.
***
Noa Lanq 74-cü dəqiqədə dubla imza atır.
***
Saşa Boey 86-cı dəqiqədə komandasının 5-ci qolunu vurur.
***
Matç başa çatdı. İstanbul təmsilçisi darmadağınla turinliləri əliboş yola saldı.












Son xəbərlər
Son Xəbərlər