“Qalatasaray” onu heyətinə qatdı

qalatasaray-onu-heyetine-qatdi
Oxunma sayı: 844

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, “sarı-qırmızılılar” “Jirona” forması geyinən Yaser Asprilyanı transfer edib.

22 yaşlı vinger mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.

Razılaşmaya əsasən, Kolumbiya millisinin üzvü mövsümün qalan hissəsi üçün Super Liqa təmsilçisindən 1,2 milyon avro məvacib alacaq. “Qalatasaray”ın bu transfer üçün hər hansı icarə haqqı ödəməyəcəyi bildirilir. Lakin müqavilədə futbolçunun çıxış sayından asılı olaraq aktivləşən 23 milyon avroluq məcburi satınalma bəndi yer alıb.

Qeyd edək ki, Y. Asprilya bu mövsüm “Jirona”nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.