“Qalatasaray” prezidentliyinə daha bir namizəd

qalatasaray-prezidentliyine-daha-bir-namized
Oxunma sayı: 5642

Türkiyə “Qalatasaray”ının prezidentliyinə daha bir namizəd müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Abdurrahim Albayrak İstanbul klubuna rəhbərlik etmək istəyir.

Sabiq vitse-prezident "Sabah"a açıqlamasında aprelin 30-da keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib: “Namizədlik üçün çalışmalarım davam edir. Hələlik bu qədərini deyə bilərəm”.

Qeyd edək ki, digər namizədlər Dursun Özbek və Eşref Hamamcıoğludur. Yaxın 30 gün ərzində kluba yeni prezident seçilməlidir.