Baş məşqçinin qərarına etiraz etdi - “Səbail”dən göndərildi

bas-mesqcinin-qerarina-etiraz-etdi
Oxunma sayı: 575

“Səbail” Birinci liqanın 15-ci turunda keçirilən MOİK – “Səbail” görüşündə baş məşqçi etiraz edərək meydandan çıxmayan kapitanı Yusif Nəbiyevlə yollarını ayırıb. 

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Qeyd edək ki, MOİK-lə keçirilən qarşılaşmada baş məşqçi Adil Şükürov 60-cı dəqiqədə Nəbiyevi əvəzləmək istəmişdi. O, isə çalışdırıcıya etiraz edərək meydandan çıxmamışdı. Tərəflər arasında gərginliyin matçdan sonra da davam etdiyi bildirilirdi. 

Yusif Nəbiyev 2023-cü ildən “Səbail”də çıxış edir.