ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə qapalı keçirilən görüşdən sonra qəzəbli paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, “Truth” sosial şəbəkəsindəki hesabında NATO-ya ehtiyacları olanda onları dəstəkləmədiyini yazıb.
“NATO bizə ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenə ehtiyacımız olarsa, olmayacaq. Qrenlandiyanı xatırla, o böyük, pis idarə olunan buz parçasını!!!”, – Prezident bildirib.
Qeyd edək ki, Rutte CNN-ə açıqlamasında Trampın məyusluğunu başa düşdüyünü dilə gətirib.
Son xəbərlər
Son Xəbərlər