“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

qarabag-azarkesleri-ucun-1500-yer-ayrildi
Oxunma sayı: 795

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” (Niderland) ilə səfər oyunu üçün “Qarabağ” azarkeşlərinə 1500 yer ayrılıb.

“Qafqazinfo” Ağdam klubunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın vauçerləri bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.

Vauçerləri “İticket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.

Biletlərin qiyməti 45 manat təşkil edir. Vauçerlər əldə olunduqdan sonra biletlər oyun gününədək alıcının e-poçt ünvanına göndəriləcək. Stadiona giriş yalnız biletlə mümkün olacaq və azarkeşlərin üzərlərində şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.

“FC Twente Stadion”da Azərbaycan təmsilçisinin azarkeşləri 325 və 326-cı sektorlara “Gate X” girişindən daxil olacaqlar.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-si Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.