“Qarabağ” Liverpuldan paylaşım etdi - Video+Fotolar

qarabag-liverpuldan-paylasim-etdi
Oxunma sayı: 866

UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu – 8-ci turunda “Liverpul”la qarşılaşmaq üçün İngiltərəyə səfər edən “Qarabağ” Liverpul şəhərindən maraqlı görüntülər paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi instaqram səhifəsində paylaşılan görüntülərdə Liverpulun tarixi küçələri, müasir memarlıq nümunələri və şəhərin futbol atmosferi əks olunub.

Xatırladaq ki, “Liverpul” – “Qarabağ” qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da məşhur “Enfild Roud” stadionunda keçiriləcək.