“Qarabağ” - “Neftçi” oyununun keçiriləcəyi məkan dəyişdirildi

qarabag-neftci-oyununun-kecirileceyi-mekan-deyisdirildi
Oxunma sayı: 2202

Azərbaycan Premyer Liqasında 33-cü turun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” - “Neftçi” oyununun məkanı dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qarşılaşma “Azərsun Arena”da baş tutacaq.

Qeyd edək ki, oyun öncədən nəzərdə tutulduğu kimi mayın 4-də saat 19:30-da start götürəcək.