“Qarabağ” “Neftçi”ni darmadağın etdi

qarabag-neftcini-darmadagin-etdi
Oxunma sayı: 4906

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq “Neftçi” “Qarabağ”ı qəbul edib.

“Neftçi Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin “Zirə” – “Qəbələ” dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunu
2 aprel

“Neftçi” – “Qarabağ” 0:4
Qollar: Toral Bayramov, 14-pen; 29. Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86.