Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da 3-cü mərhələnin cavab matçına çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək. “Qarabağ” səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub.
Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.
13 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)
Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)
İlk oyun - 0:1
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu.
***
Komandaların start heyətləri bəlli olub:
“Qarabağ”: 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges
“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko
***
Matç başladı.
***
Jali Muaddib 12-ci dəqiqədə hesabı açır.
***
Fasilə.
***
İkinci hissə başladı.








Son xəbərlər
Son Xəbərlər