Qardaşı Harriyə Ukrayna səfərinə görə qəzəblənib - KİV

qardasi-harriye-ukrayna-seferine-gore-qezeblenib
Oxunma sayı: 2603

Uels şahzadəsi Uilyam qardaşı Harrinin Ukraynaya səfərinə qəzəblənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri mənbəyə istinadən yazır.

Nəşrin məlumatına görə, Uilyam özü Ukraynaya səfər etmək istəyib. Məqalə müəllifləri qeyd edirlər ki, tabeliyində olanlar təhlükəsizlik səbəbi ilə Kral III Çarlzın böyük oğlunu qəti şəkildə fikrindən daşındırıblar.

Həmçinin bildirilir ki, Harri səfərindən sonra ikiüzlülükdə ittiham olunmağa başlayıb. Çoxları şahzadənin Xüsusi Hərbi Əməliyyat (XMH) zamanı respublikaya səfər etdiyini qeyd edib və vətənində isə özünü təhlükəsiz hiss etmədiyini vurğulayıb.

Xatırladaq ki, şahzadə gözlənilmədən Ukraynaya gedib və Lvovdakı klinikalardan birinə baş çəkib.